08 Mart 2025 15:40
392
DÜNYA

"Davamlı sülh üçün ABŞ rəhbərliyinə ehtiyac var" - Nazir

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ABŞ dövlət katibi Marko Rubio ilə konstruktiv telefon danışığı apardığını bildirib.

Adalet.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

"Biz Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında gözlənilən görüşünü müzakirə etdik. Ukrayna müharibənin bitməsini istəyir və davamlı sülhə nail olmaq üçün ABŞ rəhbərliyinə ehtiyac var. Biz ikitərəfli əməkdaşlığımızı inkişaf etdirmək yollarını da müzakirə etdik", - nazir qeyd edib.

Sibiqa Fransanın xarici işlər naziri Jan-Noel Barrot ilə də telefon danışığı apardığını bildirib və Fransaya verdiyi dəstəyə görə təşəkkür edib: "Ukrayna Rusiyanın böyük hava hücumunu dəf etmək üçün ilk dəfə Fransa tərəfindən verilən “Mirage 2000” təyyarəsindən istifadə edib və onlar böyük effektivlik nümayiş etdirib. Biz həmçinin əsas tədbirlərdən əvvəl mövqeləri əlaqələndirmişik".