Daxili qoşunların hərbçiləri bu hallarda odlu silahdan atəş aça biləcəklər
Daxili qoşunların hərbi qulluqçuları tərəfindən odlu silahın tətbiqi şərtləri müəyyənləşdiriləcək.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, odlu silahın xəbərdarlıq edilmədən tətbiq edildiyi hallar və birdən-birə gözlənilməz hücum halı istisna olmaqla, odlu silah tətbiq edilməzdən əvvəl səslə və ya havaya atəş açmaqla silah işlədiləcək şəxsə xəbərdarlıq edilməlidir.
Daxili qoşunların hərbi qulluqçularının xəbərdarlıq etdikdən sonra aşağıdakı hallarda odlu silah tətbiq etmək hüququ olacaq:
- insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq hallarında;
- xidməti vəzifələrinin icrası zamanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularının və əməkdaşlarının həyatına və sağlamlığına təhlükə törədən qəsdlər baş verdikdə və ya onların silahlarının, döyüş texnikasının və xüsusi texnikanın ələ keçirilməsi cəhdlərinin qarşısı alındıqda;
- girovlar, zəbt edilmiş binalar və digər tikililər, qurğular, ərazilər və nəqliyyat vasitələri azad edildikdə;
- insanların həyatına, sağlamlığına və mülkiyyətinə qarşı cinayət törətmiş və gizlənməyə çalışan, habelə silahlı müqavimət göstərən şəxslər saxlanıldıqda;
- fövqəladə və ya hərbi vəziyyət rejimi şəraitində yaşayış məntəqəsinə giriş-çıxış postlarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının və ya hərbi qulluqçusunun nəqliyyat vasitəsini dayandırmaq tələbinə tabe olmayan nəqliyyat vasitəsi saxlanıldıqda;
- qrup halında və ya silahlı basqın, o cümlədən nəqliyyat vasitələrindən istifadə etməklə törədilən basqın dəf edildikdə;
- qanunsuz silahlı birləşmələrdə, terror təşkilatlarında və terror qruplarında, habelə silahlı müqavimət göstərən şəxsdə olan silahı, döyüş texnikasını və xüsusi texnikanı təhvil vermək tələbi yerinə yetirilmədikdə;
- terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunudşa qəbul edilib.
Digər Xəbərlər
02 Mart 2026 20:08
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
02 Mart 2026 18:46
İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - YENİLƏNİB
02 Mart 2026 18:32
Turizm Agentliyinin kollegiyasının yeni tərkibi
02 Mart 2026 18:30
"BakuBus"da yeni təyinat
02 Mart 2026 18:01
SHXÇDX-nin vahid elektron informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib
02 Mart 2026 17:43
Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramları genişləndirilir
02 Mart 2026 17:36
Dövlət Dəniz və Liman Agentliyi üzərliklə bağlı dənizçilərə çağırış etdi
02 Mart 2026 16:54


Bakı -°C

