Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi
8 Noyabr - Zəfər Günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda “Zəfər tarixi” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.
Adalet.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin 6-cı ildönümünə həsr olunan tədbirdə müxtəlif dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının, xüsusi təyinatlı ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də Vətən müharibəsinin qəhrəmanları və iştirakçıları yer alıblar. Konfransdan əvvəl qonaqlar Hərbi İnstitutun ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Zəfər tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan Hərbi İnstitutun rektoru, general-mayor Elçin Məmmədov iştirakçıları salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. Zəfər Gününün tarixi əhəmiyyətindən danışan rektor gənc nəslin dövlətçilik ideyalarına sədaqət və vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb. Konfransda təqdim olunan məruzələrdə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin tarixi Zəfərin qazanılmasındakı müstəsna rolu xüsusi qeyd olunub. Çıxışlarda Vətən müharibəsinin hərbi-siyasi nəticələri, müharibədən sonrakı dövrdə təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi məsələlərinə toxunulub. Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər yalnız hərbi üstünlüyün deyil, həm də Azərbaycan xalqının sarsılmaz iradəsinin, dövlətimizin qüdrətinin və milli həmrəyliyimizin təntənəsidir.
Digər Xəbərlər
06 Noyabr 2026 15:56
Prezident və birinci xanım Cəbrayılda - YENİLƏNİB + FOTOLAR
06 Noyabr 2026 14:47
Naxçıvandakı pensiyaçılara şad xəbər
06 Noyabr 2026 14:44
Prezident və birinci xanım Zəngilan Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO
06 Noyabr 2026 14:27
Mürsəl İbrahimov Qəbələdə vətəndaşların problemlərini dinlədi
06 Noyabr 2026 14:26
İlham Əliyev və xanımı Zəngilanda açılışda
06 Noyabr 2026 14:13
Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək - Nazir açıqladı
06 Noyabr 2026 14:02
"İslahatlar yalnız TƏBİB-in tabeliyindəki müəssisələrlə məhdudlaşmamalıdır" - Deputat
06 Noyabr 2026 13:41


Bakı -°C

