DƏHŞƏT! Gəncədə yeniyetmə 10 manat üstündə öldürülüb - YENİLƏNİB
Gəncədə 15 yaşlı yeniyetmənin qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.
Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə 10 manat borc üstündə baş verib.
Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Arif Hətəmovun qətlə yetirilən 2010-cu il təvəllüdlü Tunar Məmmədova 10 manat borcu olub. Hadisədən bir gün əvvəl Arif Hətəmov borcunu Tunar Məmmədova qaytarıb. Sonrandan Arif Hətəmov qətlə yetirilən Tunar Məmmədova dəmiryolunun yaxınlığına çağırıb. Bu zaman tərəflər arasında mübahisə düşüb.
Dava zamanı Arif Hətəmov özü ilə gətirdiyi bıçaqla Tunar Məmmədova xəsarət yetirib.
Yaralı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın cərrahiyyə şöbəsinə çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
***
2025/08/19
23:15
Faktla bağlı araşdırma aparılır.
Adalet.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini, 15 yaşlı A. Hətəmov saxlanılaraq istintaqa təhvil verilib.
***
Gəncədə qətl hadisəsi baş verib.
Adalet.az-ın məlumatına görə, hadisə şəhərin Dəmiryolu vağzalı adlanan ərazisində qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü T. Məmmədov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatırılıb.
Həkimlərinin müdaxiləsinə baxmayaraq 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Digər Xəbərlər
30 Oktyabr 2026 15:31
Bakıda hüquqi yardım göstərmək adı altında 54 min manatlıq dələduzluq
30 Oktyabr 2026 12:51
Hicaba görə məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
30 Oktyabr 2026 11:11
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edildi
29 Oktyabr 2026 21:36
Axtarışda olan şəxs Albaniyadan Azərbaycana ekstradisiya edildi
29 Oktyabr 2026 11:18
DTX-nin əməliyyatı ilə saxlanılan 8 nəfərə hökm oxundu
27 Oktyabr 2026 17:53
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
27 Oktyabr 2026 17:02
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - YENİLƏNİB
27 Oktyabr 2026 09:42


Bakı -°C

