Elmarla Emin başqa cinayətə görə də axtarışda imiş...
Məlum olduğu kimi,oktyabrın 23-ü Xətai rayonunda törədilən silahlı insident və digər ağır cinayətlərlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Adalet.az xəbər verir ki, Baş Prokurorluğun bu gün yaydığı məlumatda qətli törədən 2 nəfərin, yəni “Ceyhun Sabunçu” ləqəbli Cəlal Mirağayevin qətlinin birbaşa iştirakçısı olmuş Elmar Cəfərov və Emin Rəhimovun başqa cinayət əməlinə görə axtarışda olduqları qeyd edilib.
Onların əvvəllər hansı cinayət əməlini törətdiyi və hansı maddələr əsasında axtarışa verildikləri qeyd edilməyib.
Xatırladaq ki, hər iki şəxs Cinayət Məcəlləsinin 120.2.1-ci (mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə, digər şəxslər isə başqa maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunublar. Onların hər biri barəsində ilkin olaraq 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
27 Oktyabr 2026 09:15
“Ceyhun Sabunçu” qətlinə görə 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib
26 Oktyabr 2026 19:10
DTX-nin “Sabunçu Ceyhunu”nun qətlinə görə saxladığı şəxslər həbs olunub - YENİLƏNİB
26 Oktyabr 2026 10:21
Azərbaycanda iki gündə 65 şübhəli saxlanıldı
26 Oktyabr 2026 09:33


Bakı -°C

