Demarkasiya prosesində bu sənəd rəhbər tutulacaq
2024-cü il aprelin 19-da Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı sərhəddə Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyasının səkkizinci iclası keçirilib.
Adalet.az xəbər verir ki, iclas Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə baş tutub.
İclasın nəticəsi olaraq komissiyalar arasında bir sıra razılıqlar əldə olunub:
Tərəflər sərhədin razılaşdırılmış hissələrində sərhəd mühafizə xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək üçün hökumətlərinə müraciət edəcəklər. Onlar həmçinin razılaşıblar ki, demarkasiya prosesi tam başa çatana qədər, razılaşdırılmış sərhəd xəttinin Protokol təsvirində qeyd olunan hissələri demarkasiya edilmiş hesab olunacaq.
Tərəflər demarkasiya prosesində Alma Ata bəyannaməsinin 1991-ci ildə qəbul etdiyi qətnaməni rəhbər tutacaqları barədə razılığa gəliblər. Tərəflər həmçinin bu əsas prinsipi Əsasnamə layihəsində təsbit edilməsi barədə razılığa gəliblər.
Tərəflər tərəfindən Əsasnamə təsdiq edildikdən sonra anklavlar və eksklavlarla bağlı məsələlər də daxil olmaqla, sərhədin bütün qalan hissələrinin demarkasiyası prosesinin ardıcıllığının razılaşdırılması və davam etdirilməsi razılaşdırılıb.
Görüşün yekunu olaraq protokol imzalanıb. Tərəflər növbəti görüşün tarixi və yerini razılaşdırmaq barədə razılığa gəliblər.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:15
Paşinyan İlham Əliyevə təşəkkür edib
18 Sentyabr 2026 17:22
Rəsmi Bakıdan Fransaya - Çağırış
18 Sentyabr 2026 11:54
Azərbaycan xalqı cahildirmi?
18 Sentyabr 2026 11:41
Hikmət Hacıyev Almaniya səfiri ilə görüşdü
18 Sentyabr 2026 10:45
“Bununla Azərbaycan xalqının milli ideyası gerçəkləşdirildi...”
18 Sentyabr 2026 10:36
"Ermənistan və Azərbaycan tezliklə davamlı sülhə nail olacaqlar"
18 Sentyabr 2026 10:26
“Ermənistan cəmiyyəti bilməlidir ki, Qarabağ məsələsi bitib”
18 Sentyabr 2026 10:04


Bakı -°C

