adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Oktyabr 2020 22:20
34237
İDMAN

Depay "Barselona" ilə razılaşdı

“Lion”un futbolçusu Memfis Depay gələn ilin yanvar ayında “Barselona”ya keçəcək.

Qol.az xəbər verir ki, bu barədə İspaniyanın sport.es saytı məlumat yayıb. Niderlandlı futbolçunun “Barselona” ilə razılıq əldə etdiyi və yanvarda Kataloniya klubuna qoşulacağı bildirilib.

Qeyd edək ki, "Barselona" yay transfer pəncərəsi dövründə 26 yaşlı futbolçunu transfer etmək istəsə də, bu keçid baş tutmamışdı. Futbolçunun "Lion"la müqaviləsi bu mövsümün sonuna qədərdir.