adalet.az header logo
  • Bakı 31°C
  • USD 1.7
27 Iyun 2022 17:05
282
SİYASƏT

Deputat AŞPA-da sayıqladı: ”Qədim şəhərimiz”ə  “Şuşa” deyirlər, kilsələrimizi dağıdıblar...

Xəbər verdiyimiz kimi ötən həftə Rusiya mətbuatına istinadən xəbər verir ki, bu dəfə Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan sarsıntı təsirindən nə danışdığının fərqində olmayıb. Abramyan Rusiya Prezident Administrasiyasına və Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin direktoruna narazılıq məktubları yazıb. Jurnalist Aleksandr Buzaladzenin süjetinin Qarabağda baş verən hadisələrin natamam mənzərəsini təqdim etdiyini idda edən Abramyan ermənilərin Gövhər Ağa məscidinin taleyindən narahat olduğunu da dilə gətirib.

Oxucularım və bütün dünya bilir ki, Şuşadakı Gövhər Ağa məscidi Qarabağ xanının qızı tərəfindən tikilib və erməni işğalı zamanı – 28 il fars məscidi kimi Qarabağa gələn turistlərə təqdim edilirdi. Yəni 200 ildir Azərbaycanın ərazisində azərbaycanlılara məxsus olan və müsəlman möminlərin ibadət yeri sayılan məscidə görə ermənilər niyə narahatlıq keçirir , bunun məntiqini anlaya bilmədik.

Bu dəfə isə Şuşadakı Gövhər Ağa məscidini Ermənistan parlamentinin deputatı Vladimir Vardanyan gündəmə gətirib.

Adalet.az erməni mediasına istinadən bildirir ki, deputat AŞPA-da sərsəm çıxış edərkən deyib ki, Azərbaycan tərəfi erməniləri Şuşadakı müxtəlif obyektləri dağıtmaqda ittiham edir, lakin ermənilər şəhərdəki məscidi bərpa ediblər.

Vardanyanın ittihamı bununla bitməyib. O “qədim erməni şəhəri Şuşi”nin adının dəyişdirilərək Şuşa qoyulmasına da, Qarabağda Azərbaycan tərəfin “kilsələri dağıtmasına” da münasibət bildirib: “Siz deyirsiniz ki, “bu işğal illərində siz bunu-filanı dağıtdınız”, amma biz Şuşada qədim və çox mühüm məscidi bərpa etdik. indi kilsələri dağıdan, şəhərin adını dəyişməyə çalışan azərbaycanlılardır”.

Sözünü bitirəndən sonra unudub ki, qarşısındakı xəstə təxəyyüllü ermənilər deyil, Avropalı senatorlar, siyasətçilər, regionşünaslar və rəsmi şəxslərlərdi. Burada heç kim Vardanyanı “üfürdüklərinə” görə alqışlamayacaq, ona “qəhrəman” deməyəcək. AŞPA –dakılar susaraq bu erməni yalançısından danışdığı söhbətlə bağlı foto – video fakt və sənədlər tələb edəcəklər. Təbii ki, Vardanyanda Azərbaycan tərəfindən “dağıdılmış” heç bir kilsənin fotosu yoxdu. Azərbaycan kilsə dağıtsaydı ilk öncə Azərbaycanın paytaxtında Bakının göbəyindəki erməni kilsəsini dağıdardı.

Qaldı da “qədim erməni şəhəri Şuşi” mövzusuna, artıq bütün dünyaya düz 30 ildir aydındır ki, dağlar başında o möhtəşəm şəhəri yalnız igid türk sərkərdəsi və xanı tikdirə bilərdi və tikdirib. Yəni faktsız danışan Vardanyanın çərənləməsi bizi o qədərdə narahat etməməlidir. Çünki, Azərbaycan tərəfi işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidənin 67 –sinin müsəlman məscidi, 144-ü məbəd, 192-si ziyarətgahdır.Həmin tarixi və dini abidələrin böyük bir qisminin necə dağıldığını, digər hissəsinin də təhqir olunduğnu video və foto faktlarla beynəlxalq təşkilatlara göndərib.Yeri gəlmişkən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıya əsasən Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçın¬da  63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

Qeyd edək ki, haqqında müzakirələr açılan "Yuxarı Gövhər ağa" məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilib.
Tarix boyu Şuşada əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edib. (Bu fakt Çar Rusiyası dövründə, 1897-ci ildə əhalinin siyahıyaalınması zamanı təsdiqlənib).

Abidə 1992-ci il may ayının 8-dən etibarən Ermənistanın Respublikası Hərbi Qüvvələrinin işğalına məruz qalıb.Həmin vaxt məscid dağıdılaraq yerlə yeksan edildi və məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumşaq inventarları qarət edilərək Ermənistan Respublikasına aparıldı. Məscid 2018/19-cu illər ərzində abidə “fars mədəniyyətinin” nümunəsi kimi qeyri-qanuni təmir edildi.

Oxşar hal: Bu ilin əvvəlində Ermənistanda səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov paytaxt İrəvanda Göy məscidi ziyarət ediblər.

Deputat Tahir Mirkişili “Facebook hesabında paylaşdığı fotoya və yazdığı şərhə( “Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edəcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur) cavab gəlib.

İranın Ermənistandakı səfirliyi azərbaycanlı deputatların Göy Məscidi ziyarət etməsinə münasibət bildirib və “Twitter” hesabında paylaşım edib: ““İran mədəniyyətinin simvolu olan Göy Məscid son üç onillikdə yenidən Ermənistanda müsəlmanların ibadət və toplaşma yerinə və turistlərin diqqət mərkəzinə çevrilib. Çox sevindirici haldır ki, onun çoxəsrlik fars epiqrafiyası qorunub saxlanılıb”.

Ermənilərə ağını bir ilan vermir, min ilanın zəhəri bunların xirtdəyindədir və yeri gəldikcə o zəhəri ətrafa səpələyirlər .

Əntiqə Rəşid