Deputat Eldəniz Səlimovun toxunulmazlığı ləğv edildi
Deputat Eldəniz Səlimovun toxunulmazlığı ləğv edilib.
Adalet.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Deputatlar Eldəniz Səlimovun hərəkətinin təəssüf doğurduğunu və Milli Məclisin adına böyük ləkə gətirdiyini diqqətə çatdırıblar.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, polis əməkdaşını döydüyü üçün Eldəniz Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.
Digər Xəbərlər
03 May 2024 15:51
Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 12:45Ağdamın bu kəndlərinə köç ilin sonuna qədər başlayacaq
03 May 2024 12:05Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI
03 May 2024 11:42