Deputat elektrik avtomobillərinə tətbiq edilən vergidən danışdı
"Bu gün dünya ölkələrinin böyük əksəriyətində elektrik avtomobillərin alışını stimullaşdırmaq üçün vergi ödənişindən imtina edilir. Elektrik avtomobili istehsal edən çox az sayda ölkələrdə bazarlarını qorumaq məqsədilə vergi var".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. O bildirib ki, Azərbaycanda keçən ilə qədər elektrik avtomobillərin gətirilməsinə vergi yox idi, amma bu ildən var:
"Verginin qoyulması ölkəyə gətirilən elektrik avtomobillərin qiymətinin yüksəlməsinə gətirdi və təbii ki, ölkəyə daxil olan elektrik avtomobillərin sayını azaltdı. Bu vergidən büdcəyə çox az vəsait gəlir. Digər tərəfdən elektrik avtomobillərin sayının, satış nöqtələrinin azalmasına, elektrikin və benzinin daha az istifadə olunmasına, təmir yerlərinin və iş yerlərinin azalmasına gətirib çıxardı və bunlarda büdcəyə daxil olan vəsaitlərin ciddi surətdə azalmasına gətirir. Eyni zamanda böyük şirkətlər müxtəlif yollar tapırlar ki, belə vergidən yayınsınlar. Bu da bir çox hallarda neqativ vəziyyətin yaranmasına səbəb olur".
Digər Xəbərlər
19 Noyabr 2026 13:26
Çin dünyanın ən böyük maşın devi olan Almaniyanı maşın bazarından çıxartmaq üzrədir
19 Noyabr 2026 10:03
Bakıda avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq – İLK DƏFƏ
19 Noyabr 2026 08:23
Bakıda hansı yollarda tıxac var? - SİYAHI
18 Noyabr 2026 11:52


Bakı -°C

