Deputat sənədsiz evlərdən danışdı
"Xeyli sayda sənədsiz evlər qeydiyyatda deyil və onlar bələdiyyəyə ildə bir dəfə əmlak vergisini verməlidir, bunu vermirlər".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, bələdiyyələr sənədsiz evlərdən vergi yığa bilmir. Onun sözlərinə görə, bu məsələyə baxılmalıdır.
S.Novrzuov qeyd edib ki, 27 il keçməsinə baxmayaraq bələdiyyələrin xəritələri hələ də verilməyib: “Bildiyiniz kimi, Prezident tərəfindən böyük bir müşavirə keçirildi. Bildirildi ki, qeyri-neft sektorundan başqa, dağ-mədən, sənaye sahələrinin istismarı nəzərdə tutulub. Onlardan da bələdiyyələrin ərazilərinə düşür. Nazirlər Kabineti qarşısında dəfələrlə məsələ qaldırmışıq, lakin 27 ildir hələ də bələdiyyələrin mükliyyətinin xəritələri təqdim olunmayıb".
Digər Xəbərlər
03 Noyabr 2026 19:45
“Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın qiymətli əmanəti kimi qoruyub saxlamalıyıq"
03 Noyabr 2026 19:35
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
03 Noyabr 2026 18:41
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - ADLARI
03 Noyabr 2026 17:46


Bakı -°C

