Dərdimi kimə söyləyim...
Aylardır ki, Təhsil naziri Emin Əmrullayevə, BŞBTİ-nin müdiri Mehriban Vəliyeva,Yasamal rayon icra hakimi Elşad Həsənova,20 saylı məktəbin direktoru Esmira Ağayevaya dəfələrlə etdiyim elektron müraciətlər, poçtla göndərdiyim məktublar, operatora qoşulan cavabsız zənglər, uzun sürən növbəyə yazılmalardan sonra qəbullarda müraciətim nəticəsiz qaldığı üçün problemimi ictimailəşdirmək məcburiyyətindəyəm.
Oğlum Qafarov Ömər Xəyyam oğlu Nizami rayonu 32 nömrəli orta məktəbin 3-cü sinfində (rus bölməsi) təhsil alır (UTİS ID 3636811).
Mən 20 saylı tam orta məktəb-liseyin xidməti ərazisində yaşamağıma baxmayaraq, (Yasamal r., M.Müşviq küç., məh.501) əksəriyyəti bu ərazidə yaşamayan şagirdlərlə yerlər dolduğundan övladımın bu məktəbə yerdəyişmə ilə keçirilməsinə icazə verilmir. sy.edu.az səhifəsindən şagird yerdəyişməsi üçün elektron müraciət edərək növbəyə yazılsam da yer olmadığından sorğu yerləşdirmək mümkün deyil. Bu səbəbdən mən Yasamalda yaşamağıma baxmayaraq, maddi və fiziki imkanım yol verməsə də bu il 3 nəqliyyat vasitəsi dəyişərək Nizami r., 32 saylı məktəbə övladımı aparmaq məcburiyyətindəyəm.
Əgər 4 minə yaxın şagird təhsil alan məktəbdə yaşayış və qeydiyyat ünvanı uyğun gələn şagird yox, xidməti ərazi üzrə yaşamayan təhsil alacaqsa, xidməti ərazi, ailə vəziyyəti, tək ana olmağı nəzərə alınmayacaqsa, günahkar elektron sistem olacaqsa mən kimə müraciət etməliyəm?
Təhsil haqıında Azərbaycan Respublikası Qanununun 19.14. Bəndinə əsasən Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Aidiyyatı qurumlar bu məsələni həll edə bilmədiklərindən yeganə çıxış yolunu Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməkdə görürəm. Ümid edirəm ki,məktəb başlayanadək bu məsələ tez bir zamanda qanun çərçivəsində həllini tapacaq.
Sevinc Qədimova, Yasamal rayon,M.Müşviq küç.501-ci məhəllə sakini
Digər Xəbərlər
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14


Bakı -°C

