Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin, Bakı Baş Gömrük İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən dərman vasitələri aşkarlanıb.
Adalet.az xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Bildirilib ki, Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib.
Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsindən ölkə ərazisinə rəsmi idxal edilən dərman vasitələrinin arasında gizlədilmiş, gömrük orqanına bəyan olunmayan ümumilikdə 82 adda dərman vasitəsi aşkar edilib.
Aşkar olunan dərman vasitələrinin qiymətinin 507 min manat olduğu müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
17 Noyabr 2026 13:05
Neftçalada quldurluq edən iki nəfər saxlanılıb
17 Noyabr 2026 11:49
İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı
17 Noyabr 2026 10:15
Gecə klubundan çıxıb dava etdilər - Maşını mağazaya çırpdı-Video-Yenilənib
16 Noyabr 2026 11:57
Maşının nömrəsini saxtalaşdırdı - Narkotik aludəçisi imiş - VİDEO
14 Noyabr 2026 00:30
Bakıda kafedə insident - Saxlanılanlar var - YENİLƏNİB
13 Noyabr 2026 19:58
Tələbələrin fotolarını süni intellektlə düzəldib şantaj etdi - Saxlanıldı - VİDEO
13 Noyabr 2026 17:45
Tovuzda hamilə qadın bıçaqlandı
13 Noyabr 2026 17:30


Bakı -°C

