Devrilmiş Baş nazir edama məhkum edildi
Banqladeşdə xüsusi tribunal ölkənin devrilmiş baş naziri Şeyx Hasinanı ötən il yüzlərlə insanın ölümü ilə nəticələnən kütləvi etirazlar zamanı “insanlığa qarşı cinayətlər” törətməkdə təqsirli bilərək edam cəzasına məhkum edib.
Adalet.az xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat dərc edib.
Bildirilir ki, eyni iş üzrə sabiq daxili işlər naziri Asaduzzaman Xan da edama məhkum edilib. Üçüncü təqsirləndirilən şəxs, keçmiş polis rəisi isə dövlət şahidi kimi ifadə verib günahını etiraf etdiyi üçün 5 il həbs cəzası alıb.
Paytaxt Dakkada elan olunan hökm canlı yayımlanıb. Hökm ərəfəsində müvəqqəti hökumət təhlükəsizliyi gücləndirərək paytaxtda və ölkənin bir çox bölgəsində sərhəd qoşunları ilə polis qüvvələrini yerləşdirib.
Şeyx Hasinanın rəhbərlik etdiyi Avami Liq partiyası qərara etiraz olaraq ölkə üzrə ümumi tətil elan edib.
Hasina və Xan hazırda Hindistanda sürgündə olduqları üçün məhkəmə prosesinə qiyabi şəkildə cəlb olunublar. Onlar və Avami Liq rəhbərliyi tribunalı “kenguru məhkəməsi” adlandıraraq dövlət tərəfindən təyin olunan vəkili qəbul etmədiklərini bildiriblər.
İttihamlar 2024-cü ilin iyul–avqust aylarında tələbələrin rəhbərlik etdiyi etirazlar zamanı yüzlərlə insanın qətlə yetirilməsi ilə bağlı idi. BMT-nin fevral ayında açıqladığı hesabatda zorakılıqlarda 1 400 nəfərin öldürülə biləcəyi qeyd olunurdu. Müvəqqəti hökumətin səhiyyə müşavirinin məlumatına görə isə 800-dən çox adam ölüb, təxminən 14 000 nəfər yaralanıb.
Digər Xəbərlər
17 Noyabr 2025 15:14
Almaniya məhdudiyyəti ləğv edir - İsrailə hərbi məhsullar ixrac ediləcək
17 Noyabr 2025 14:36
Fransa Ukraynaya "Rafale" qırıcıları və SAMP/T HHM sistemləri verəcək
17 Noyabr 2025 09:48
Türkiyədə toyda 100 nəfər qidadan zəhərləndi
17 Noyabr 2025 09:00


Bakı -°C

