adalet.az header logo
  • Bakı -°C
17 Noyabr 2025 09:48
70
DÜNYA
A- A+

Türkiyədə toyda 100 nəfər qidadan zəhərləndi

Türkiyənin Trabzon şəhərində toyda 100-dən çox sakin qidadan zəhərlənib. 

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Belə ki, toyda paylanılan toyuqlu aşdan yeyən 100-ə yaxın qonaq bir müddət sonra özünü pis hiss etməyə başlayıb. İlkin tibbi yardım alan vətəndaşlar Sürmənə dövlət xəstəxanasına və ətraf rayondakı tibb müəssisələrinə yerləşdiriliblər. Onlara müvafiq köməklik göstərilib. Faktla bağlı araşdırma aparılır.