“Tamaşaçı baxdığı veriliş səviyyəsindədir və ondan yuxarı qalxa bilmir...”
“47 yaşlı qadının həyatına son qoyulub, şübhəli bilinən 15 yaşlı oğlu tutulub. Bu artıq neçənci hadisədir belə baş verir. Çünki efirlər reytinq adı altında mənəviyyatsızlığın təbliğatçısına çevriliblər və həmin verilişlərdən yayılan kadrların altında sosial şəbəkələrdə məhz qadınlara qarşı şiddətin təbliği gedir”.
Adalet.az xəbər verir ki, bunu psixoloq Xanlar Sətullayev deyib.
Psixoloqun sözlərinə görə, həmin verilişlər heç də qadınlara dəstək məqsədi daşımır, əksinə səhv etmiş qadınları ifşa edib qəzəbli kütlənin önünə atır və nəticədə başqa bir oğul anası telefonla danışanda, yazışanda, güzgüdə özünə baxanda həmyaşıdlarının qınaq obyektinə çevriləcəyini düşünüb yanlış düşüncəsinin və əsəbinin qurbanına çevrilir:
“Artıq cəmiyyət qadınlar üçün təhlükəli olmağa başlayır və burada cəmiyyət özü günahkardır. Hər həftə haradasa belə bir hadisə baş verir, sonra da kimsə reytinq xatirinə gedib ailə üzvlərini, qonşuları danışdırır, hadisəni detallarına qədər çatdırmağa çalışır və beləcə yeni hadisələrə zəmin yaranır. Tovuzda Monteneqrodan qayıdan kişi bir hadisə törətdi, geniş yazıldı, deyildi və nəticədə bu günlərdə eyni hadisə başqa səbəbdən başqa ailədə baş verdi. Mənəviyyatsızlıq aşılayan, insanları şüuraltı olaraq qanunsuzluğa təhrik edən verilişlərə baxan, züy tutan, illərlə yazmağımıza baxmayaraq, hələ də dərdinə çarə tapmaq üçün dövlət qurumlarına deyil, səviyyəsiz verilişlərə üz tutan və orada şəxsi həyatı bərbad vəziyyətdə olan hərşeyşünaslar tərəfindən alçaldılaraq rəzil duruma salınan cahil insanlar təəssüf ki, hələ də var və sayları durmadan artır. Tamaşaçı baxdığı veriliş səviyyəsindədir və ondan yuxarı qalxa bilmir. Ona görə də sosial şəbəkədə də hansısa maarifləndirici videoya deyil, məhz qalmaqal videolarına baxırlar. Televiziya dövlətin siyasətini, milli-mənəvi dəyərləri aşılamaqdansa, reytinq xatirinə mənəviyyatsızlıq təbliğ edir və nəticədə dünyaya gələndə şərəfinə qurbanlar kəsilən oğullar gün gəlir onu dünyaya gətirən qadının həyatına nöqtə qoyur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
16 Mart 2026 14:08
Daha çox bu ölkələrdən dərman alırıq- SİYAHI
14 Mart 2026 14:28
Hava şəraiti infarkt riskini artıra bilər
14 Mart 2026 12:47
Şəhid ailələri üçün tibbi müayinə aksiyası təşkil olunub - FOTOLAR
13 Mart 2026 17:57
TƏBİB bizə lazımdırmı?
13 Mart 2026 14:53
Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb
13 Mart 2026 14:09
Murad Dadaşovun səhətində problem yarandı, xəstəxanaya yerləşdirildi - FOTO
13 Mart 2026 14:04
Azərbaycanda 10 nəfər qızılcaya yoluxub
13 Mart 2026 10:07


Bakı -°C

