Xamenei Moskvaya aparılıb? - Kreml susur...
İranın yeni ali lideri Müctəba Xameneinin ABŞ və İsrailin hava hücumu zamanı ağır yaralandıqdan sonra gizli şəkildə Moskvaya əməliyyat olunmaq üçün aparıldığı barədə xarici mediada xəbərlər yayımlanıb.
Adalet.az xəbər verir ki, məsələ ilə bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova gündəlik keçirdiyi brifinqdə sual ünvanlanıb.
O, bu xəbərlərə münasibət bildirməkdən imtina edib.
"Bilirsiniz... biz bu cür xəbərlərə şərh vermirik", - deyə Kremlin sözçüsü jurnalistlərin suallarını cavablandırarkən deyib.
Qeyd edək ki, Küveytin "Əl-Cəridə" qəzetinin məlumatına görə, Müctəba Xameneinin Rusiya paytaxtına gizli şəkildə aparılıb və ən ciddi məxfilik şəraitində onun əməliyyatı həyata keçirilib. Mənbənin sözlərinə görə, Rusiyada müalicə təşəbbüsü Rusiya prezidenti Vladimir Putindən gəlib və o, bu variantı İran prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı təklif edib. İddialara görə, Xamenei hazırda Rusiya prezident saraylarından birinin ərazisində yerləşən ixtisaslaşmış tibb müəssisəsində müalicə alır.
Digər Xəbərlər
13 Aprel 2026 20:00
Aya uçanlar market menecerindən də az maaş alır
13 Aprel 2026 19:46
Keçmiş prezident təqaüdündən narazıdır - "Kifayət etmir"
13 Aprel 2026 19:38
Netanyahu ilə Vens ABŞ və İran danışıqlarının yekunlarını müzakirə ediblər
13 Aprel 2026 19:28


Bakı -°C

