Keçmiş prezident təqaüdündən narazıdır - "Kifayət etmir"
Polşanın keçmiş prezidenti Lex Valensa təqaüdünün kifayət etməməsindən şikayətlənib.
Adalet.az xəbər verir ki, yerli kanallardan birinə müsahibə verən Valensa 3770 dollar aldığını bildirib.
1990-cı ildən 1995-ci ilə qədər prezident vəzifəsində çalışan Valensa "Təqaüdünüzdən razısınızmı sualına belə cavab verib:
"Əgər razı olsaydım, göbələk yığardım və ya balıq tutardım, amma hələ də işləyirəm. Təqaüdümün böyük hissəsini yaşayış xərclərinə, səhiyyəyə və peşəkar fəaliyyətimin davam etdirilməsinə xərcləyirəm".
Valensa, həmçinin, Sosial Təminat İdarəsindən başqa bir təqaüd almaq hüququna malikdir, lakin prinsip etibarilə onu almayıb.
"Mən bu təqaüdü 20 ildir almıram. Çünki Polşa kasıb ölkədir", - deyə keçmiş prezident bildirib.
Əvvəllər Polşanın keçmiş prezidenti (1995-2005) Aleksandr Kvasnevski də prezident təqaüdünün yaşamaq üçün kifayət etmədiyini demişdi.
Digər Xəbərlər
13 Aprel 2026 20:00
Aya uçanlar market menecerindən də az maaş alır
13 Aprel 2026 19:38
Netanyahu ilə Vens ABŞ və İran danışıqlarının yekunlarını müzakirə ediblər
13 Aprel 2026 19:28
Pezeşkian Trampın tənqidlərinə qarşı çıxdı
13 Aprel 2026 19:19


Bakı -°C

