Hava şəraiti infarkt riskini artıra bilər
Hava şəraitində baş verən dəyişikliklər miokard infarktı riskini artıra bilər.
Adalet.az xəbər verir ki, bu barədə "Frontiers in Cardiovascular Medicine" jurnalında məlumat dərc olunub.
Alimlər 10 il ərzində Beijing (Çin,- red.) şəhərindəki kardiologiya mərkəzlərindən birində qeydiyyata alınmış 11 527 infarkt xəstəsinin məlumatlarını araşdırıblar. Bu məlumatlar gündəlik meteoroloji göstəricilərlə müqayisə edilib.
Təhlil göstərib ki, infarkt hallarının çox olduğu günlər əsasən aşağı hava temperaturu, temperaturun gün ərzində kəskin dəyişməsi, zəif külək, eləcə də aşağı rütubət və az yağıntı ilə üst-üstə düşür.
Tədqiqatçılar Random Forest maşın öyrənməsi modelindən istifadə edərək infarkt riskinin artması ilə əlaqəli əsas hava parametrlərini müəyyən ediblər. Məlum olub ki, temperaturun gündəlik dəyişməsi ən mühüm amildir və xəstələnmə hallarının artmasına ən güclü təsir göstərir.
Müəlliflərin fikrincə, belə modellər səhiyyə sisteminə ürək-damar xidmətlərinə düşən yükün artacağı dövrləri əvvəlcədən proqnozlaşdırmağa və tibbi resursları daha səmərəli bölüşdürməyə kömək edə bilər.
Alimlər gələcəkdə proqnozların dəqiqliyini artırmaq üçün meteoroloji məlumatları pasiyentlərin yaşı, yanaşı xəstəlikləri və digər fərdi xüsusiyyətləri ilə də birləşdirməyi planlaşdırırlar.
Digər Xəbərlər
05 Aprel 2026 10:36
Hər gün yaz göyərtisi yeyin
04 Aprel 2026 13:52
Yazda bir çox xəstəliklər yenidən oyanır...
04 Aprel 2026 09:04
Həkimlər deyir ki...
02 Aprel 2026 11:05
Arıqlamanın gizli formulu ortaya çıxdı
02 Aprel 2026 08:21
TƏBİB-in planlama sahəsində baş verənlər artıq təsadüfi səhv yox, sistemli problem kimi qiymətləndirilir
01 Aprel 2026 13:51
Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR
01 Aprel 2026 10:14
Təzyiqin səbəbləri BUNLAR ola bilər
30 Mart 2026 23:00


Bakı -°C

