Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
5 yaşlı Orucov Nihat Kənan oğlu autizm xəstəsidir. Nihatın anası Samirə Orucova bildirir ki, övladının müalicəsi üçün maddi imkanları çox məhduddur. Kütləvi informasiya vasitələrinə müraciət edən ana vətəndaşlarımız, xeyirxah insanların yardım əli uzadacağına inanır.
Adalet.az-a müraciətində ana deyib ki, 5 yaşlı övladını özü tək böyüdür:
Nihat doğulduqdan sonra ilk vaxtlar uşaqda qeyri-adilik hiss etmirdik. Düşünürdük ki, o da gec dil açan, gec danışan uşaqlar kimidir. Amma getdikcə davranışlarında qəribəliklər üzə çıxdı. Uşaqda nitq pozuntusu, qorxu, bəzən hədsiz aktivlik, bəzən də qavrama çətinliyi olduğu göründü. Həkimə apardım. Müayinələr zamanı məlum oldu ki, övladım autizm xəstəsidir. Həm də bu xəstəliyin ağır növü olan Kanner autizmi.
S.Orucova bildirib ki, tənha anadır, işləyir, amma aldığı əməkhaqqı ilə balalarının maddi ehtiyaclarını qarşılaya bilmir. Bir tərəfdən də Nihatın müalicə xərcləri vəziyyəti daha da ağırlaşdırır:
Oğlum əziyyət çəkir, uzunmüddətli müalicə almalıdı, bir kurs müalicə isə 300 manatdır. Nihat yaşıdlarından geri qalır, heç nəyə reaksiya vermir. Nihatın əlilliyi bu günlərdə təsdiqlənib. İlkin olaraq 205 manat müavinət təyin edilib. Sonra bəlkə məbləğ artacaq. Ancaq müavinətlə və mənim kiçik əməkhaqqımla uşağın müalicəsini davamlı təmin etmək mümkün deyil. Ona görə də xalqımıza, mərhəmətli insanlara üz tutub kömək istəyirəm. Kimin imkanı nəyə çatır, kömək etsin.
S.Orucova bank kartı və əlaqə nömrəsini də yazıb:
Kapital Bank 5239.1517.3928.6964 kart anaya aiddir. Orucova Samirə adınadır.
Əlaqə nömrəsi: 070-525-62-03.
Digər Xəbərlər
09 Sentyabr 2026 17:33
İsmayıllıda kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 Sentyabr 2026 12:22
“Sən maa heş zad eliyə bilməssən!” - Xərçəngə meydan oxudu
08 Sentyabr 2026 07:04
Gecə yataqda edilən bu səhv kişilərə ağır zərbə vurur
06 Sentyabr 2026 17:00
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
06 Sentyabr 2026 16:31
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
04 Sentyabr 2026 16:13
Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
03 Sentyabr 2026 11:35
Səhər yeməyi vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
03 Sentyabr 2026 10:10


Bakı -°C

