adalet.az header logo
  • Bakı -°C
01 May 2026 20:23
81
DÜNYA
A- A+

Tramp bu tarifləri 25% qaldırdı

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından (Aİ) idxal olunan avtomobillərə tətbiq edilən gömrük rüsumlarının kəskin artırılacağını bəyan edib.

Adalet.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünə məxsus “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Tramp Aİ mövcud ticarət sazişinin şərtlərinə əməl etmədiyini əsas gətirərək, gələn həftədən etibarən minik və yük avtomobilləri üçün tariflərin 25 faizə qaldırılacağını bildirib.

Prezident qeyd edib ki, bu vergilərdən yayınmağın yeganə yolu istehsalı ABŞ-yə köçürməkdir:

“Tam şəkildə razılaşdırılıb ki, əgər onlar avtomobilləri ABŞ-dəki zavodlarda istehsal etsələr, heç bir tarif tətbiq olunmayacaq. Hazırda bir çox avtomobil zavodu tikilməkdədir və bu sahəyə 100 milyard dollardan çox investisiya qoyulub. Bu, ABŞ tarixində rekorddur”.

Tramp yaxın gələcəkdə amerikalı işçilərin çalışacağı yeni zavodların fəaliyyətə başlayacağını vurğulayıb. O, hazırda Amerikada baş verən iqtisadi canlanmanın tarixdə görünməmiş bir hadisə olduğunu qeyd edərək, yerli istehsalın prioritet olduğunu diqqətə çatdırıb.