Kim nə deyir desən, dünyada elə adamlar var ki, onların yerini heç kəs verə bilmir. Və həmişə onların yeri görünür, eləcə də bu insanlar üçün həmişə darıxırıq.Hətta dünyalarını dəyişsələr belə! Çünki hara gedirik ,sanki onları görürük... Səsini eşidirik... Nəfəsini duyuruq... İzini görürük...
Bir aydan çoxdur ki, itirdiyim 35 illik dostum və qonşum , müəllimlər müəllimi, yazıçı - publisist, Azərbaycan Yazıçılar Biliyinin üzvü , böyük ziyalı və gözəl insan Səməndər Eyvaz oğlu Məmmədov da belə şəxsiyyətlərdəndir.Bir aydan çoxdur ki, Səməndər qardaşımız Allahın dərgahına qovuşub... Və yəqin ki, çox istədiyi Zəlimxan Yaqubla ruhları görüşüb və hər ikisi o dünyada bir- birinə sökənib rahat uyuyurlar...
Fərman qardaşımız deyir ki,dünənə qədər Səməndərin ölümünə inanmırdım . Bu cümə axşamı qəbiristanlığa ziyarətinə getdim , qəbirüstü abidəsini gördüm ölümünə inandım. Onun qəbirüstü abidəsi də çox möhtəşəmdir.O, daşa dönüb və əbədiyyətə qovuşub. Sonra anladım ki, o daş deyil, onun sevənlərin, eləcə də mənim ürəyimə köçüb. Bax , onda bir az təsəlli tapdım !!! Səməndər Məmmədov çox böyük insan idi.
O, əsl Azərbaycan kişisiydi; əməli, sözü, əxlaqı böyük! Və böyük insanların həmişə də dünya boyda böyük ürəyi olur. O deyirdi ki, bir dəfə kabinetdə əyləşmişdim. Katibə gəlib dedi ki, müəllim, sizi bir imkansız qadın görəmək istəyir. Dedim , buyursun! Qadının çox yazıq və fağır görkəmi vardı. Ağlaya- ağlaya danışırdı. Onu axıra qədər dinlədim. Məlum oldu ki, xanımın həyat yoldaşı həbsxanadadır. Çətinliklər var və iki uşağı məktəbə getmir.Hər iki uşağı məktəbə qəbul elədik və xanım dedim ki,narahat olmayaın , onlar məktəbi bitirənə kimi gözüm üstələrində olacaq .
Bu sözlərimdən sonra o ağlamadı və çöhrəsində sevinc yarandı. Və mən o uşaqlara öz balam kimi, baxdım, uşaqlar ali məktəbə qəbul oldular.Bir gün gördüm ki, həmin qadın əri də yanında məktəbə gəlib. Özü də hədiyyə gətiriblər. Həbsxanadan çıxan həyat yoldaşı dedi ki, mən sənin kimi namusu, qeyrəti adamı tanıdığıma görə çox şadam. Mənim ailəmə , uşaqlarıma kömək etdiyinə görə, minnətdarıq.
Bunu ancaq sizin kimi mərd insanlar edə bilər. Xanımım hər şeyi mənə danışıb və o həmişə sənə dua edib. Səməndər müəllim hədiyyəni qəbul eləmir , qaytarır və deyir ki, mənim üçün ən böyük hədiyyə sizin alqışınızdı... Səməndər müəllim belə mərd, təmənnasız yaxşılıq eləyən böyük kışilərdəndir!!! O,hamını birləşdirməyi, bir - birinə yaxınlaşdırmağı bacaran bir ziyalı idi. Hətta küsülü dostları barışdırardı və heç kim də onun sözündən çıxmazdı!
Hər həftə " Faxralı" kafesində qohumları bir süfrə arxasına yığar, onlara qonaqlıq verər, dadlı- duzlu söhbətlər edər, gözəl şeirlər dəyərdi. Xüsusilə də Xalq şairi Zəlimxan Yaqubdan saatlarla söhbət açar, onun poeziyasıdan danışmaqdan doymazdı... Dostları Məhərrəm Qasımlı, Musa Nəbioğlu, Əlabbas, Yaşar,Şikar, Fərman bu gün də Səməndər müəllimin ölümünə inanmırlar. Əgər bu dostlar varsa, minlərlə şagirdi, doğnaları hər gün bu böyük ziyalını, bu böyük insanı xatırlayırsa, Səməndər müəllim yaşayır...
Hər gün telefonla danışdığım və darıxdığım adam- Səməndər qardaşımız , sən bizim ürəyimizdəsən. O günü sənə zəng eləmişdim... cavab vermədən... Amma axşam yuxuma gəldin... Və dedin ki, yerim çox rahatdır, narahat olmayın... Burda telefon tutmur... Ancaq ürəyimiz bir- birimizi tutur... Yerin Cənnət olsun, qardaş! Hər an, hər dəqiqə bu dünyada sənin yerin görünür . Və sənin yerini heç kim verə bilmir ey!!!


Bakı -°C
