adalet.az header logo
  • Bakı -°C

Netanyahunun taleyi sabah həll olunacaq -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
94 | 2026-10-26 13:09
A- A+

Sabah ayın 27-də İsraildə parlament seçkiləri keçiriləcək. Hazırda iki partiya bloku seçkilərdə qalib gəlmək üçün mübarizə aparır. Onlardan biri hazırki baş nzzir Netanyahunu dəstəkləyir, digər blok isə onun istefasına çslışır. Hər iki partiya bloku təxminən eyni şansa malikdir, eyni zamanda knissetdə (parlamentdə) səs çoxluğu yığa bilməmək riskləridə var.

Məhkəmə çəkişmələrindən qaçmaq üçün,  bu seçkilərdə Netanyahuya mütləq qələbə qazanmaq lazımdır. Knessetə seçilən 120 deputat yeni baş nazir seçmək hüququ qazanacaq. Səsvermə yalnız partiya siyahısı əsasında keçiriləcək, birmandatlı seçki dairələrindən deputatlar seçilməyəcək. 

 Seçkilərdə 38 partiya mübarizə aparacaq, parlamentə düşmək üçün bu partiyalar ən azı 3,25 faiz səs toplamalıdırlar. Yekun nəticə noyabrın 4-də elan olunacaq. 

 Ekspertlərin fikirincə, bu seçkilərin nəticələrini bəri başdan söyləmək çətindir. Ya status-kvo saxlanılacaq, ya da yeni, daha ağıllı koalisiya hakimiyyətə gələ bilər. Bundan başqa, hakimiyyət məsələsi həllini tapmasa növbədənkənar seçkilərinin keçirilməsidə mümkün variantlardan hesab olunur. 

Prinsipial məsələ, Fələstin dövlətinin yaranmasını qətiyyətlə rədd edən,  "Likud" partiyası başda olmaqla Netanyahunu dəstəkləyən daha dörd partiyanın yaratdığı blok onun hakimiyyətdə qalmasına çalışacaq. 

 Netanyahunun əsas rəqibi, İsrail müdafiə ordusunun keçmiş baş qərərgah rəisi Qadi Ayzenkotdur. Vaxtı ilə Netanyahunun hərbi kabinetinə daxil olan, sonradan Qəzza münaqişəsi ilə bağlı fikir ayrılığına görə vəzifəsindən istefa verən, münaqişə zamanı  döyüşlərdə oğlunu ititən Ayzenkot "Yaşar" partiyasını yaradıb və tezliklə xalq arasında böyük nüfuz qazana bilib.  "Yaşar" partiyasının minimal fərqlə "Likud" partitasını üstələmək imkanları var. 

 Aparılan danışıqların nıticələrinə görə, İrailin keçmiş baş nazirləri- Naftali Bennet bə Yair Lapidin də daxil olduqları "Beyaxad" birlikdə bu mübarizəyə qoşulacaqlar. Bu birlik parlamentdə 10-15 yerə ümid edir. 

 "Demokrat", "İsrail bizim evimizdir" partiyaları da, Netanyahunun hakimiyyətdən getməsini istəyirlər. 

 Ümumi fikrə görə, hazırda hansı blokun qələbə qazanacağını bəri başdan söyləmək mümkün deyil.  Netantahu qalib gələrsə, ona qaşı irəli sürülən məhkəmə ittihamlarının ləğv olunması üçün müəyyən vaxt qazana və məsuliyyətdən yaxa qurtara bilər. 

 Netanyahu bu seçkilərdə məğub olarsa, məhkəmə qarşısına çıxarıla bilər, onun hər hansı cəza slacağı isə susl altındadır. Teoratik olaraq, bəlkə prezidenti İsxaq Hersok onu əhv edə bilər. Bildirildiyinə görə, hətta ABŞ prezidenti Donald Trampda bununla bağlı prezidentə müraviət edib. 

 İsrail prezidenti istintaqla razılaşa bilər. Netanyahu həmişəlik siyasətdən uzaqlaşmaqla məsuliyyətdən yaxa qurtara bilər.


 

TƏQVİM / ARXİV