adalet.az header logo
  • Bakı -°C
01 May 2026 11:28
76
DÜNYA
A- A+

Pezeşkian ABŞ-yə güvənmir: "Danışıqlar prosesində İrana hücum edə bilərlər"

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin danışıqlar prosesində Tehrana yenidən hücum edə biləcəyi barədə xəbərdarlıq edərək bildirib ki, Vaşinqtona olan etibar “tamamilə yox olub”.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Pezeşkian belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığında dialoq və diplomatiyanın İranın gündəliyində daim yer aldığını bildirib. O, həmçinin dövlət televiziyası Press TV-yə verdiyi açıqlamada qeyd edib: “İranın dialoq və diplomatiya yolu ilə fikir ayrılıqlarını həll etmək səyləri həmişə gündəmdə olub. Lakin danışıqlar zamanı ABŞ və İsrail İrana iki dəfə hücum edib və bu cür hərəkətlərin təkrarlanması ehtimalı var. Həmin hücumlar Tehranda Vaşinqtona qarşı tam etimadsızlığa səbəb olub”.

Lukaşenko isə Körfəzdə artan gərginlik, onun region və dünya üçün təhlükəsizlik və iqtisadi nəticələri ilə bağlı narahatlığını ifadə edib. O, Tehranla Vaşinqton arasındakı fikir ayrılıqlarının dialoq və danışıqlar yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.