Bakıda WUF13 çərçivəsində media mərkəzi yaradılacaq
17–22 mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) media mərkəzi yaradılacaq.
Adalet.az xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum çərçivəsində "Şəhərsalma və Memarlıq İli"ndə media gündəmi"nə həsr olunan panel sessiyada deyib.
Onun sözlərinə görə, WUF13-ə hazırda qeydiyyat davam edir:
"800-dən artıq yerli və xarici media nümayəndələri akkreditasiya üçün müraciət edib. Media nümayəndələri üçün tədbir məkanında ahər cür şərait yaradılacaq. Jurnalistlər üçün Media mərkəzi yaradılacaq".
Eldar Rəsulov vurğulayıb ki, tədbir zamanı 40 əsas sessiya baş tutacaq:
"Sessiyalarda ölkələr şəhərsalma sahəsində təcrübələrini bölüşəcək".
O qeyd edib ki, son 10-12 ildə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər çərçivəsində institusional baza formalaşıb.
Eldar Rəsulov həmçinin qeyd edib ki, tədbir zamanı nəqliyyatın doğru və təhlükəsiz axını üçün hazırda şəhərdə monitorinqlər aparılır.
"Bakının bir sıra prospekt və küçələrində tənzimləmələr həyata keçirilir".
Digər Xəbərlər
14 Iyul 2026 11:37
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
14 Iyul 2026 11:35
Media və Yayım Şurası yaradılır
13 Iyul 2026 20:07
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda - FOTOLAR+VİDEO + YENİLƏNİB
13 Iyul 2026 09:00
Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayır
11 Iyul 2026 15:16
Şuşada beynəlxalq tədbir - Hansı məsələlər müzakirə olunur? - VİDEO
10 Iyul 2026 10:15
IV Şuşa Qlobal Media Forumu bu tarixdə keçiriləcək
01 Iyul 2026 15:35
"Ədalət" qəzetinin əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu
01 Iyul 2026 14:03


Bakı -°C

