Qalkinin İstanbul konserti ləğv olundu
Rusiyalı şoumen Maksim Qalkinin İstanbulda keçirilməsi planlaşdırılan konserti ləğv edilib.
Adalet.az xəbər verir ki, bu günə nəzərdə tutulan çıxış vətəndaşların və ictimai təşkilatların etiraz çağırışlarından sonra baş tutmayacaq.
Konsertin ləğvinə səbəb Qalkinin Qəzzada müharibə fonunda İsrailə dəstək ifadə edən açıqlamaları olub. O, 2023-cü ilin oktyabrında “İsrail qalib gələcək”, 2024-cü ilin iyununda isə İsrailin Nuseyrat qaçqın düşərgəsində keçirdiyi əməliyyatdan sonra “İsrail, səninlə fəxr edirəm!” sözlərini yazıb.
Fələstinlilər arasında çoxsaylı insan tələfatı və Qəzzada yaranan humanitar fəlakət fonunda şoumenin bu açıqlamaları tənqidlərə səbəb olub. Sosial şəbəkə istifadəçiləri və ictimai fəallar konsertin ləğvini tələb edib, tədbirin keçiriləcəyi təqdirdə etiraz aksiyası təşkil edəcəklərini bildiriblər.
Digər Xəbərlər
25 Oktyabr 2026 13:03
“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
24 Oktyabr 2026 16:11
Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi
24 Oktyabr 2026 09:18
Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı
23 Oktyabr 2026 19:22


Bakı -°C

