Tramp: "Mənə lazımi qiymət verilmir"
ABŞ Prezidenti Donald Tramp riyazi bacarıqları ilə fəxr etdiyini bildirib. O, koqnitiv testi üç dəfə keçdiyini desə də, nailiyyətlərinin lazımi səviyyədə qiymətləndirilməməsindən şikayətlənib.
Adalet.az xəbər verir ki, Tramp bu barədə Ayova ştatında çıxışı zamanı danışıb.
Çıxışında ABŞ lideri keçdiyi testin mürəkkəbliyini nümayiş etdirmək qərarına gəlib. O, qısa müddətdə həll edilməli olduğunu iddia etdiyi bir sıra riyazi əməliyyatları səsləndirib.
Tramp əvvəlcə 49-u üçə vurmağı, alınan nəticəni dördə bölməyi, üzərinə 2019 əlavə etməyi, sonra 87 çıxmağı, yenidən üçə bölməyi və sonda doqquza vurmağı təklif edib.
Prezident bu tapşırığın öhdəsindən az adamın gələ biləcəyini, özünün isə bunu üç dəfə bacardığını bildirib.
"Bunu çox az adam edə bilər. Çox az adam. Mən bunu üç dəfə etdim və bilirsiniz, buna görə mənə lazımi qiymət verilmir. Bu barədə danışmırlar. Xeyr, danışmırlar", - deyə Tramp şikayətlənib.
Bununla belə, o, səsləndirdiyi riyazi məsələnin cavabını açıqlamayıb.
ABŞ prezidenti çıxışını davam etdirərək koqnitiv testdən uğurla keçdiyini emosional şəkildə vurğulayıb. Daha sonra tədbir iştirakçıları arasında olan həkimi axtarmağa başlayıb.
"Mən bu lənətə gəlmiş testi keçdim. O həkim haradadır? Lənət olsun, o həkim haradadır? Budur, buradadır", - deyə Tramp bildirib.
O, həmçinin prezidentlə birlikdə olan hərbi həkimləri xatırladıb və Uolter Rid adına Milli Hərbi Tibb Mərkəzini tərifləyərək onu möhtəşəm adlandırıb./oxu.az
Digər Xəbərlər
25 Oktyabr 2026 20:00
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
25 Oktyabr 2026 19:55
Paşinyan həbs etdirdiyi nazirin qızını təbrik etdi
25 Oktyabr 2026 18:00
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır
25 Oktyabr 2026 17:15
Fransadakı iğtişaşlarda saxlanılanların sayı 1300-ü keçdi
25 Oktyabr 2026 16:00
“Radarı əmim ixtira edib” - Tramp
25 Oktyabr 2026 15:32
Ukraynanın 9 bölgəsinin enerji infrastrukturuna ziyan dəyib - Zelenski
25 Oktyabr 2026 13:17
Dünya yenidən bölünür - Tramp, Putin və Szinpin görüşü
25 Oktyabr 2026 12:59


Bakı -°C

