adalet.az header logo
  • Bakı -°C
25 Oktyabr 2026 12:59
69
DÜNYA
A- A+

Tramp: Danimarka əla davrandı, Qrenlandiyanı bizə verdilər

ABŞ Prezidenti Donald Tramp Danimarka hakimiyyətinin Qrenlandiyanı ABŞ-nin nəzarətinə verməyə razılıq verdiyini düşünür.

Adalet.az bildirir ki, bu barədə Donald Tramp Corciya ştatında keçirilən mitinqdə Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən bildirib.

"Yeri gəlmişkən, Danimarka əla davrandı. Onlar Qrenlandiyanı bizə verdilər", - deyə o bildirib. Mitinq noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində təşkil olunub.

"Bu, daşınmaz əmlak sahəsində tarixin ən böyük sövdələşməsi kimi tarixə düşəcək. Bəlkə də Venesueladan sonra", - deyə Tramp sentyabr ayında özü, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsenin imzaladığı razılaşmadan danışarkən vurğulayıb. Həmin razılaşma Arktikada yerləşən adanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliklərin Vaşinqtona ötürülməsini nəzərdə tutur.

"Biz onları demək olar ki, havayı əldə etdik", - deyə Tramp Qrenlandiya və Venesueladan danışarkən əlavə edib.