Bu müsəlman ölkəsində hökumət subaylara sevgili tapmağa kömək edəcək
Sinqapur hökuməti gənc subayların tanış olmasını və münasibət qurmasını asanlaşdırmaq məqsədilə "FirstDate" adlı yeni platformanı pilot layihə çərçivəsində istifadəyə verib.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda layihədən yaşı 21-35 arasında olan, şəxsiyyəti təsdiqlənmiş subay dövlət sektoru əməkdaşları yararlana bilərlər.
Platformanın əsas xüsusiyyəti istifadəçilərin çoxsaylı profillər arasında seçim etməməsidir. Sistem iştirakçıların ortaq maraqları, həyat tərzi, dəyərləri və tərəfdaş seçimlərini nəzərə alaraq uyğun hesab etdiyi şəxsi müəyyənləşdirir.
Qeydiyyat zamanı istifadəçilərin şəxsiyyəti Sinqapurun "Singpass" sistemi vasitəsilə təsdiqlənir. Uyğunlaşdırma prosesində isə riyazi oyun nəzəriyyəsinə əsaslanan Gale-Shapley "Sabit Evlilik" alqoritmindən istifadə olunur.
Tərəflər bir-birinə müsbət cavab verdiyi halda onların əlaqə məlumatlarının paylaşılmasına imkan yaradılır. Bundan başqa, "Date Quest" funksiyası çərçivəsində bəzi cütlüklərə görüş zamanı istifadə etmək üçün müxtəlif şirkətlərin təqdim etdiyi yemək vauçerləri də verilə bilər.
Layihənin tətbiqi Sinqapurda doğum səviyyəsinin rekord aşağı həddə çatdığı dövrə təsadüf edir. 2025-ci ildə ölkənin daimi əhalisi üzrə ümumi doğum əmsalı 0,87-yə düşüb. Hökumət bu fonda nikah və ailə quruculuğunu təşviq edən tədbirləri də davam etdirir.
Digər Xəbərlər
25 Oktyabr 2026 13:07
Heyva doğrandıqdan sonra niyə qaralır? - Rəngini qorumağın praktik yolları
24 Oktyabr 2026 10:23
Lotereyada ada qazanmışdı - 220 minə satır
24 Oktyabr 2026 10:00
Bu xəstəliyi olanlara qəhvə içmək olmaz
24 Oktyabr 2026 09:13


Bakı -°C

