Fransadakı iğtişaşlarda saxlanılanların sayı 1300-ü keçdi
Fransada sentyabrın sonundan başlayan kütləvi etiraz aksiyaları və iğtişaşlar fonunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılanların sayı 1300 nəfəri ötüb.
Adalet.az xəbər verir ki, bu barədə “Figaro” qəzeti ölkənin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən xəbər yayıb.
Fransa DİN-dən verilən rəsmi açıqlamada bildirilib ki, ölkə ərazisində ümumilikdə 1314 şəxs saxlanılıb. Nazirlik bu göstəricilərin hələ ki ilkin rəqəmlər olduğunu diqqətə çatdırıb.
Məlumat üçün bildirək ki, Fransada etiraz dalğası sentyabrın sonlarında təhsil sahəsindəki problemlərə görə yuxarı sinif şagirdlərinin nümayişləri ilə başlayıb və qısa müddətdə bütün ölkəni bürüyüb. Daha sonra nümayişçilər yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı çıxış etməyə başlayıblar.
Oktyabrın 18-də Fransa Prezidenti Emmanuel Makron təcili müraciət edərək hökumətdən etirazların bir daha təkrarlanmaması üçün qəti tədbirlər görməyi tələb edib. Fransız lider iğtişaşlar və talanlarda təqsirli bilinənlərin cəzalandırılacağını, zərər çəkmiş biznes subyektlərinə isə dəstək veriləcəyini vəd edib.
Bununla belə, Makronun siyasi rəqibləri onun bu çıxışını “acınacaqlı” adlandıraraq ölkədəki sosial narazılığa görə birbaşa prezidentin özünü məsuliyyət daşıdığını bildiriblər.
Digər Xəbərlər
25 Oktyabr 2026 18:00
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır
25 Oktyabr 2026 16:00
“Radarı əmim ixtira edib” - Tramp
25 Oktyabr 2026 15:32
Ukraynanın 9 bölgəsinin enerji infrastrukturuna ziyan dəyib - Zelenski
25 Oktyabr 2026 13:17
Dünya yenidən bölünür - Tramp, Putin və Szinpin görüşü
25 Oktyabr 2026 12:59
Tramp: Danimarka əla davrandı, Qrenlandiyanı bizə verdilər
25 Oktyabr 2026 10:42
İsrail və Yunanıstan birgə dəniz təlimləri keçiriblər
25 Oktyabr 2026 10:33
"Əgər Starlink söndürülərsə, Ukrayna cəbhəsi dərhal dağılacaq" - Mask
25 Oktyabr 2026 10:31


Bakı -°C

