Azərbaycanda maaşın ödənilməsi ilə bağlı yeni qayda
Azərbaycanda iş yerləri cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olacaq.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsi hesab ediləcək.
İşəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olacaq.
İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər
01 May 2026 13:35
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
01 May 2026 13:17
Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq
01 May 2026 12:57
Hikmət Hacıyevdən diplomatların Qarabağ səfəri ilə bağlı PAYLAŞIM
01 May 2026 12:54
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
01 May 2026 12:36
"Aliment Fondu yaratsaq, vəsaitin əksəriyyəti onlara gedəcək" - Deputat
01 May 2026 11:59
“Toy karvanları”nda iştirak edən sürücülərin DİQQƏTİNƏ!
01 May 2026 11:54
Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başladı
01 May 2026 11:08


Bakı -°C

