“Toy karvanları”nda iştirak edən sürücülərin DİQQƏTİNƏ!
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “toy karvanları”nda iştirak edən sürücülərə müraciət edib.
NİİM-dən Adalet.az-a verilən məlumata görə, ötən gün paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində “toy karvanı”nda hərəkət edən bir neçə nəqliyyat vasitəsi yolun hərəkət hissəsində dayanaraq nəqliyyatın hərəkətini çətinləşdirib. Nəticədə yolda sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra sıxlıq aradan qaldırılıb.
"Ümumilikdə müşahidə kameralarının qeydə aldığı görüntülərin təhlilləri göstərir ki, “toy karvanları”nda iştirak edən bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq küçə və prospektlərdə süni sıxlıq və qəza şəraiti yaradırlar. Belə hallarda bəzi sürücülər hərəkət zamanı qəza dayanma işıq siqnallarını yandırır, hərəkət zolaqlarını zəbt edir, avtomobili arxa-arxaya hərəkət etdirir və manevr qaydalarını pozaraq digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olurlar.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə bir daha müraciət edərək xatırladır ki, “toy karvanı”nda iştirak edən nəqliyyat vasitələri yolun sağ zolağı ilə, ardıcıl şəkildə hərəkət etməli, süni sıxlıq və qəza şəraitinin yaranmasına yol verməməlidirlər: "Yol hərəkəti qaydaları hər kəs üçün eynidir. Şad gününüzü kədərli günə çevirməyin", - NİİM-dən bildirilib.
Digər Xəbərlər
01 May 2026 12:57
Hikmət Hacıyevdən diplomatların Qarabağ səfəri ilə bağlı PAYLAŞIM
01 May 2026 12:54
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
01 May 2026 12:39
Azərbaycanda maaşın ödənilməsi ilə bağlı yeni qayda
01 May 2026 12:36
"Aliment Fondu yaratsaq, vəsaitin əksəriyyəti onlara gedəcək" - Deputat
01 May 2026 11:54
Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başladı
01 May 2026 11:08
Bu xəstəxanalara direktorlar təyin edildi - FOTOLAR + YENİLƏNİB
01 May 2026 11:04
WUF13: 150 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib
01 May 2026 10:53


Bakı -°C

