Bakı Xoreoqrafiya Akademiyasının buraxılış-hesabat konserti keçirilib
Beynəlxalq Rəqs Günü münasibətilə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin tələbələrinin Xalq artisti, “Şöhrət” ordeni laureatı Tamilla Şirəliyevanın (1946-2025) xatirəsinə həsr olunmuş buraxılış- hesabat konserti keçirilib.
Təntənəli tədbirdə Prezident administrasiyasının və Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış ictimai və mədəniyyət xadimləri, media təmsilçiləri, akademiyanın professor-müəllim heyəti, tələbələr və çoxsaylı qonaqlar iştirak edib.
Konsert proqramı Azərbaycan və dünya xoreoqrafiya sənətinin incilərini əhatə edən rəngarəng çıxışlarla yadda qalıb.
BXA tələbələri tərəfindən təqdim olunan nömrələr arasında “Toy rəqsi”, “Qız Qalası” baletindən Adaje, Qarabağ yallısı, “Sarı gəlin”, “Yatmış gözəl” baletindən Vals, “Qazağı” rəqsi, “Don Kixot” baletindən Kitrinin variasiyası və digər səhnə əsərləri yer alıb.
Gənc ifaçıların yüksək peşəkarlıqla nümayiş etdirdiyi çıxışlar tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Konsert proqramı görkəmli balet ustası Tamilla Şirəliyevanın Azərbaycan xoreoqrafiya sənətinin inkişafındakı misilsiz xidmətlərinə ehtiram əlaməti olaraq hazırlanıb. T. Şirəliyevanın milli xoreoqrafiya məktəbinin formalaşması və inkişafındakı rolu tədbirdə xüsusi vurğulanıb.
Qeyd edək ki, konsertin rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-Zadədir.
Digər Xəbərlər
20 May 2026 11:08
Azərbaycanda yeni könüllülük platforması fəaliyyətə başlayır
15 May 2026 22:45
Arzu Əliyeva: "Hər dəfə izləyəndə gözlərim yaşla dolur" - VİDEO
15 May 2026 12:47
Zeynəb Xanlarovanın yeni görüntüləri yayıldı - VİDEO
15 May 2026 12:08


Bakı -°C

