Hər gün ət yemək ziyandı?
Elə adamlar var ki, hər gün ət yeməsə , rahat yata bilməz! Sanki onların həyat tərzi ət yeməkdən ibarətdir. Bu isə bir çox halda insan səhhətində problemlər yaradır. Həkim- kardioloq , tibb elmləri üzrə fəlsəfə doktoru Rafiq Yusifli deyir ki, ət yemək heç də pis deyil. Amma sadəcə olaraq hər gün bu qidanı qəbul eləmək sonradan bir çox fəsadlar yarada bilər .
Bunun ən qorxulusu çox ət yeyərkən ürək damarlarının tutulmasdı. Çünki mal və qoyun ətindən digər ətlərə nisbətən daha çox xolesterin mövcuddur. Bu isə birbaşı ürək damarlarının titulmasına gətirib çıxarır.Belə pasiyentlərin vəziyyəti bir müddətdən sonra ağırlaşır. Onların ürəyində ya açıq əməliyyat aparılır, ya da stend qoyulur.
Ümumiyyətlə, xolesterin səviyyəsı yüksək olan açıq və qapalı ürək əməliyyatları keçirmək insanlar qırmızı ətdən çox istifadə etməsi məqsədəuyğun deyil. Onlar ən yaxşı halda balıq və quş ətindən istifadə edə bilərlər. Çünki bu dediyimiz ətlərdə xolesterin azdır. Hətta sağlam insanların da hər gün ət və ət məhsulları yeməsi məsləhət bilinmir! Göründüyü kimi, nəinki mal və qoyun əti , digər zərərli qidaların hər gün istehlak edilməsi insan səhhəti üçün fəsadlar yarada bilər. Düzgün qidalanma ən yaxşı sağlam həyat tərzidir!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
20 Iyul 2026 13:06
TƏBİB-dən yeni idarəetmə fəlsəfəsi - Tullantıların daşınmaması ciddi narahatçılıq doğurur
17 Iyul 2026 17:29
Bu mikroblara - DİQQƏT EDİN!
16 Iyul 2026 20:28
Lisenziyası ləğv olunan tibb mərkəzi işləməyə davam edir - "İnsanlara yazığımız gəlir" - VİDEO
16 Iyul 2026 15:32


Bakı -°C

