Yayda zəhərlənmələr niyə tez - tez olur?
Yay ilin ən gözəl fəsillərindəndir. Və biz bu ayı çox böyük səbrsizliklə gözləyirik. Çünki isti aylarda İstirahatə gedir, dincəlirik! Əlbəttə , insan heç olmasa, ildə bir dəfə məzuniyyət götürməli və istirahət etməlidir.
Amma yayda bir məsələ də var ki, qida məhsullarından zəhərlənmə hadisələri çox olur. Xüsusilə də qarpızdan. İnsan məsuliyyətli olanda bunun da qarşısını almaq mümkündür! Bir də var yeməkdən, boyat xörəklərdən zəhərlənmələr.
Bax , bu istər-istəməz hər bir insanı narahat edir. Bəs , yayda müxtəlif qidalardan zəhərlənməmək üçün nə etmək lazımdır? İlk növbədə sanitar-gigiyenik normalara diqqət yetirilməlidir. Başqa sözlə demiş olsaq boyat xörəklərdən uzaq olmalıyıq.
Bununla yanaşı, bişirilmiş xörəklər bir gündən artıq saxlanılmamalı, onlar soyuducuda alüminium qazanda deyil, mis qazanda saxlanılmalıdı. Son vaxtlar ölkəmizdə müxtlif qidalardan zəhərlənmə faktları bir qədər artıb. Rayonlarda birində yas məclisində verilən yeməkdən 10- dan çox adam zəhərlənib. Təbii ki, onlar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri qənaətbəxşdir! Rayon Prokurorluğu bu hadisə ilə bağlı araşdırma aparır. Görünən odur ki, yay vaxtı hamı diqqətli olmalı, vaxtı keçmiş yeməkdən və qidalardan uzaq durmalıdır!
Emil FAİQOĞLU
Digər Xəbərlər
10 Avqust 2026 11:17
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
10 Avqust 2026 09:13
Bu 3 faktor demensiyanı 13 il gecikdirir
09 Avqust 2026 00:51
Dünyada 2,2 milyard insanın görmə problemi var
08 Avqust 2026 15:58
Bu içkilər gələcəkdə yüksək təzyiqə səbəb ola bilər
07 Avqust 2026 09:31
Bir çox insan mədə problemi hesab edir - pankreas xərçənginin ilk əlamətiymiş
06 Avqust 2026 10:32
Ana südünü necə artırmaq olar?
05 Avqust 2026 15:30
Ana südü niyə bu qədər vacibdir? - Mütəxəssisdən açıqlama
05 Avqust 2026 15:29


Bakı -°C

