adalet.az header logo
  • Bakı -°C
20 Iyul 2026 21:42
124
DÜNYA
A- A+

Tramp hərbçilərlə bağlı İrana xəbərdarlıq etdi

İran Amerika Birləşmiş Ştatları (ABŞ) əsgərlərinin öldürülməsinin əvəzini ödəyəcək.

Adalet.az xəbər verir ki, bunu ABŞ-nin Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında yazıb.

“Bununla bağlı müharibə katibi Pit Heqsetə, Birgə Qərargah Rəisləri Komitəsinin sədri Daniel Keynə və hər bir ordu liderinə tapşırıq verilib”,- deyə Donald Tramp bildirib.