TBMM sədri normallaşmadan danışdı
Türkiyə ABŞ-İran danışıqlarında müsbət mərhələni məmnunluqla qarşılayır.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılışında deyib.
“Ümid edirik ki, əldə olunmuş razılaşmaya sonadək sadiq qalınacaq, danışıqlar sonadək müsbət məcrada davam edəcək və nəhayət, İrana qarşı ABŞ və İsrail tərəfindən başladılan bu müharibə dayandırılaraq, tam mənada sülh mühiti təmin olunacaq”, - TBMM sədri qeyd edib.
O, ABŞ-la İran arasında aparılan danışıqların mühüm tərkib hissələrindən biri hesab edilən Livanda İsrail hərbi əməliyyatlarının dayandırılmasının da həyati əhəmiyyət daşıdığını vurğulayıb. “Livan livanlılarındır. Fələstin fələstinlilərindir. Bu ölkələr üzərində İsrailin heç vaxt haqqı olmayıb və bundan sonra da olmayacaq”.
Numan Kurtulmuş Türkiyənin Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini dəstəklədiyini və bu prosesin davamlı sülhlə nəticələnəcəyinə ümid etdiyini deyib.
Digər Xəbərlər
24 Iyun 2026 11:11
"İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik" - Dövlət başçısı
24 Iyun 2026 11:00
Azərbaycan bu ittifaqın sədri oldu
24 Iyun 2026 10:54
"İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib" - Prezident
24 Iyun 2026 10:54


Bakı -°C

