Aşura günü bu nöqtələrdə qan verə bilərsiniz - SİYAHI
Aşura günü münasibətilə ölkənin müxtəlif şəhər və rayonlarında qanvermə aksiyaları təşkil olunacaq.
Adalet.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.
Məlumatda bildirilib ki, məhərrəmlik dönəmində keçirilən önəmli tədbirlərdən biri olan Aşura günü qanvermə aksiyası Kərbəla şəhidlərinin xatirəsinə həsr olunur. Qeyd edilib ki, bu təşəbbüs müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunələrindən biri hesab edilir və bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü, eləcə də Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
QMİ-nin açıqladığı siyahıya əsasən, qanvermə aksiyası aşağıdakı ünvanlarda baş tutacaq:
Xəzər rayonu – Mirmövsüm Ağa Ziyarətgahı
Nəsimi rayonu – Əjdərbəy məscidi (Göy məscid)
Nizami rayonu – “Sahib-əz-Zaman” və “Şah Abbas” məscidləri
Səbail rayonu – “Bibiheybət” məscid ziyarətgahı
Sabunçu rayonu – “İmam-Rza” məscidi
Suraxanı rayonu – “Qaraçuxur” məscidi
Yasamal rayonu – “Təzə Pir” məscidi və İlahiyyat İnstitutu
Binəqədi rayonu – Came məscidi və “İmam Əli” məscidi
Gəncə şəhəri – “İmamzadə” məscid ziyarətgah kompleksi
Lənkəran – Mərkəzi Qan Bankının Lənkəran bölməsi
Mingəçevir – “Heydər” məscidi
Sumqayıt – “Cümə” məscidi
Şəki – “İmam Əli” məscidi
Şirvan – Şirvan şəhər məscidi
Bərdə – “İmamzadə” ziyarətgah məscidi
Quba – Mərkəzi Qan Bankının Quba bölməsi
Masallı – “Cümə” məscidi və Boradigah qəsəbə xəstəxanası
Göyçay – “Əbülfəzlil Abbas” məscidi
Xaçmaz – Rayon Mərkəzi Xəstəxanası
Salyan – “Hacı Tağı” məscidi
Şuşa – “Yuxarı Gövhər ağa” məscidi
Ağdam – Ağdam şəhər “Cümə” məscidi
Naxçıvan şəhəri – “Heydər”, Sarvanlar və Pirqəmiş məscidləri
Babək – Mərkəzi Rayon Xəstəxanası, Qahab, Cəhri və Nehrəm kənd həkim məntəqələri
Ordubad – Rayon Mərkəzi Xəstəxanası
Culfa – Rayon Mərkəzi Xəstəxanası və Bənəniyar kənd həkim məntəqəsi
Şahbuz – Rayon Mərkəzi Xəstəxanası
Kəngərli – Rayon Mərkəzi Xəstəxanası
Sədərək – Rayon Mərkəzi Xəstəxanası
Şərur – Rayon Mərkəzi Xəstəxanası
Qeyd edək ki, Aşura günü keçirilən qanvermə aksiyaları hər il yüzlərlə ehtiyacı olan xəstənin müalicəsinə dəstək məqsədi daşıyır və cəmiyyət tərəfindən yüksək rəğbətlə qarşılanır.


Bakı -°C

