Tbilisiyə getmək istəyənlərə şad xəbər - 3 ay sonrayadək bilet ala biləcəksiniz
“Yüksək tələbatı nəzərə alaraq, aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırırıq”.
Adalet.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
“Mövcud qaydaya əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana girişə yalnız təyyarə və qatarla icazə verilir ki, bu da Gürcüstandan Azərbaycana qatar reysləri üzrə biletlərə kütləvi tələbatın yaranmasına səbəb olur. Yüksək tələbatı nəzərə alaraq, aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırırıq”, - o qeyd edib.
Xatırladaq ki, hazırda aktiv bilet satışı 30 günlük dövrü əhatə edir. Yəni hər gün növbəti 30-cu gün üçün yeni biletlər satışa çıxarılır.
Digər Xəbərlər
24 Iyun 2026 10:42
FHN çağırış etdi
24 Iyun 2026 10:29
Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı - Açıqlama
24 Iyun 2026 09:41
“Belə din xadimlərinin dərhal vəzifəsindən azad edilərək...”
23 Iyun 2026 19:15
Müavinət, təqaüd və sosial yardımlar bu tarixdə ödəniləcək
23 Iyun 2026 18:32
PA-da vətəndaş qəbulunun iyul CƏDVƏLİ
23 Iyun 2026 18:20
Kəmaləddin Heydərov FHN komandalarının üzvləri ilə görüşdü - VİDEO
23 Iyun 2026 16:53
Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ
23 Iyun 2026 15:23


Bakı -°C

