DEYƏSƏN, PAŞİNYAN SİLOTKA YEYİB AĞILLANIB
Bir yəhudiylə erməni qatarda yol gedirlər. Ermənilər yola həmişə yemək-içməklə çıxarlar. Erməni çantasından toyuq soyutması, tut arağı, şorabalar çıxarıb qoyur stolun üstünə, yəhudi isə süfrəyə silotka qoyur, başlayır yeməyə.
Erməni soruşur:
- Ə, o nədi yeyirsən?
- Bu balıqdı, adamı ağıllandırır. Ona görə də yəhudilər həmişə ağıllı olur.
Erməni tez yəhudinin qabağından silotkanı çəkir öz qabağına, çolpa soyutmasını da verir yəhudiyə.
Yəhudi tez soyutmanı parçalayıb yeyir, erməni də başlayır silotkanı yeməyə. Bir az yeyir, görür çox dadsız və mənasız bir şeydi.
Deyir:
- Ə, bu heç yeməli deyil ki?!
Yəhudi:
- Gördün, ağıllanmısan.
İndi deyəsən, Paşinyan da silotka yeyib ağıllanıb və İrəvanda mitinq vaxtı Azərbaycan və Türkiyə bayraqlarını yandıranlara etiraz edib və deyib ki, bu təxribatdır.
Digər Xəbərlər
17 Iyun 2026 11:54
Qadınların yuxusu daha keyfiyyətli olur - Maraqlı araşdırma
10 Iyun 2026 15:35
Bağa baxarsan...
10 Iyun 2026 13:52
“Yox” deməyin incəsənəti: Başqalarını xoşbəxt etmək üçün özümüzü necə qurban veririk?
10 Iyun 2026 12:33


Bakı -°C

