DİM sədri: Birinci qrupda 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs ali məktəbə daxil ola bilər
Birinci qrupda 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs ali məktəbə daxil ola bilər.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bu il 1-ci qrup üzrə 14 924 plan yeri var. 200 baldan yuxarı nəticə göstərən imtahan iştirakçıları 10 343-dür: “Bu o deməkdir ki, 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs ali məktəbə daxil ola bilər. Əsas odur ki, onlar ixtisasları düzgün seçsinlər".
M.Abbaszadə qeyd edib ki, bu il üçün 44 766 nəfər ixtisas seçminə buraxılıb, onlardan 23 300-ü artıq öz seçimini edib.
Digər Xəbərlər
29 Aprel 2024 12:38
Bazar günü imtahan olacaq
28 Aprel 2024 09:00Magistraturaya II cəhd qəbul imtahanı KEÇİRİLƏCƏK
27 Aprel 2024 17:44Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12