DİN BNMİ-dən əməliyyat - 62 kq narkotik vasitə dövriyyədən çıxarıldı - VİDEO
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir. Astara rayonunda keçirilən əməliyyat zamanı əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 43 yaşlı Anar Novruzov və onunla əlbir olan 39 yaşlı Taleh Məmmədov tutulublar.
Adalet.az xəbər verir ki, saxlanılan şəxslərdən ümumilikdə 62 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb. Onlar ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisində gizlədilən yerdən götürdüklərini və maddi gəlir qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdıqlarını etiraf ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
27 Noyabr 2025 09:57
Sumqayıtda üç ədəd ov tüfəngi tapılıb
26 Noyabr 2025 16:46
Əlilliyi olan şəxsi dilənçiliyə sövq etdi - Tutuldu
26 Noyabr 2025 15:07
Bərdədə narkotikin təsiri altında avtomobil sürən şəxs saxlanılıb
26 Noyabr 2025 13:05
Bakıda turistin pulunu oğurlayan şəxs saxlanıldı
26 Noyabr 2025 12:48
Binəqədidə marketdə bıçaqla quldurluq edən şəxslər saxlanıldı - VİDEO
26 Noyabr 2025 11:23
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
26 Noyabr 2025 11:11
Bakıda arvadını bıçaqlayan şəxs Çində saxlanıldı
26 Noyabr 2025 10:29


Bakı -°C

