Nazir: Zəngəzur dəhlizi Avropa ilə Mərkəzi Asiya arasında dayanıqlı əlaqə yaradacaq
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Forumunda Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara Dəniz Regionu üzrə Əhatəli Əlaqələndirmə Gündəliyi panelində iştirak edib.
Adalet.az xəbər verir ki, bu barədə R.Nəbiyev öz sosial şəbəkə hesabında paylaşım edib.
"Böyük dəhliz layihələrində əsas maneələrin sərhəd standartlarının fərqli olması, rəqəmsallaşmanın yetərsizliyi və infrastruktur çatışmazlıqları olduğunu qeyd etdik. Azərbaycanın strateji mövqeyi, sabitliyi və iqtisadi diversifikasiyası ilə etibarlı və cəlbedici investisiya məkanı olduğunu vurğuladıq. Həmçinin Zəngəzur dəhlizinin Avropa ilə Mərkəzi Asiya arasında dayanıqlı, sürətli və sərfəli əlaqə yaradacağını, Orta Dəhlizin isə region üçün davamlı və effektiv model kimi inkişaf etdirildiyini qeyd etdik", - deyə nazir bildirib.
Digər Xəbərlər
27 Noyabr 2025 11:00
Dövlət xəttilə 371 milyon manat ipoteka krediti verilib
27 Noyabr 2025 09:45
Zəngəzur dəhlizində işlər 2030-cu ildə başa çatacaq - Türkiyəli nazir
26 Noyabr 2025 19:41
Gürcüstan saxlanılan TIR-larımızla bağlı RƏSMİ AÇIQLAMA
26 Noyabr 2025 17:11


Bakı -°C

