Bu il Azərbaycana nə qədər turist gəlib?
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 2 milyon 171,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Adalet.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, gələnlərin 24,4 faizi Rusiya Federasiyası, 17,4 faizi Türkiyə, 8,0 faizi İran, 6,6 faizi Hindistan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,6 faizi Çin, 2,4 faizi İsrail, 2,3 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,4 faizini kişilər, 33,6 faizini qadınlar təşkil edib.
Qeyd edilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,1 dəfə, Tacikistandan - 1,8 dəfə, Yaponiyadan - 1,6 dəfə, İordaniyadan - 1,5 dəfə, Çindən - 49,4 faiz, Qırğızıstandan - 37,3 faiz, Özbəkistandan - 35,8 faiz, Qazaxıstandan - 19,4 faiz, Almaniyadan - 17,0 faiz, Kanadadan - 16,7 faiz, ABŞ-dan - 16,4 faiz, İtaliyadan - 16,3 faiz, Pakistandan - 12,7 faiz, Koreya Respublikasından - 11,8 faiz artmışdır.
2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,9 faiz artaraq 101,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,5 faiz azalaraq 352,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 faiz azalaraq 740,8 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 3,5 faiz artaraq 976,7 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,3 faizi hava, 22,4 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Digər Xəbərlər
26 Noyabr 2025 14:37
Kirayə mənzil verənlərdən vergi tutulması ilə bağlı rəsmi açıqlama
25 Noyabr 2025 16:18
Ələt azad iqtisadi zonası üçün torpaq sahəsi alınacaq
25 Noyabr 2025 16:03
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişdi
25 Noyabr 2025 15:40
SOCAR bütün yataqları rəqəmsal idarəetmə modelinə keçirir
25 Noyabr 2025 12:38
Azərbaycanda dövlət qulluqçuları 2 min manatadək orta aylıq əməkhaqqı alır
25 Noyabr 2025 12:30
"Qanunsuz olaraq malın, maşının saxlanılmasından uzaq durmalıdırlar" - Deputat
25 Noyabr 2025 11:30
“Trampın tarif siyasəti uğursuzluğa düçar olacaq” - İqtisadçı
24 Noyabr 2025 15:56


Bakı -°C

