Azərbaycanda dövlət qulluqçuları 2 min manatadək orta aylıq əməkhaqqı alır
"Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 30,3 faizini qadınlar təşkil edir. Ötən il dövlət qulluqçularının orta aylıq əməkhaqqı əvvəlki ilə nisbətən 2 faiz artaraq 1971 manata çatıb".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu il reallaşan sosial paket həmin vətəndaşlarımızın əmək haqqlarında daha yüksək artımlara imkan verib.
"Bununla yanaşı, hazırda dövlət qulluqçularının orta aylıq maaşı ölkə üzrə orta aylıq əmək haqqından 2 dəfə çoxdur. Bu də dövlət qulluğuna marağın yüksək olması səbəblərindən biridir. Dövlət qulluqçularının 7,4 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatlarda çalışır. 92.6 faizi digər təsnifatlarda o cümlədən, 46,6 faizi 7-ci təsnifatı, 22,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyirlər. Bu isə o deməkdir ki, dövlət qulluqçularının böyük əksəriyyəti üçün işə qəbul ilə bağlı tələblər tətbiq olunur. Bununla yanaşı, hazırda dövlət qulluqçularının 69.5 faizi 5 ildən çox çalışanlardır. Dövlət qulluqçularının 6,4 faizi 1 ilədək, 24,1 faizi 1 ildən 5 ilədək, 22,9 faizi 5 ildən 10 ilədək, 18,6 faizi 10 ildən 15 ilədək, 28,0 faizi isə 15 il və daha çox qulluq stajına malikdir”.
V.Bayramov qeyd edib ki, bu sahədə aparılan dərinləşidirilmiş islahatlar dövlət qulluqçularının yaş intervalına da təsir göstərib: "Hazırda dövlət qulluğunda çalışanların tən yarısının yaşı 40-dan aşağıdır. Bu isə dövlət qulluğunda işə qəbulda keyfiyyət meyarları baxımdan vacib hesab olunur”.
Digər Xəbərlər
25 Noyabr 2025 12:30
"Qanunsuz olaraq malın, maşının saxlanılmasından uzaq durmalıdırlar" - Deputat
25 Noyabr 2025 11:30
“Trampın tarif siyasəti uğursuzluğa düçar olacaq” - İqtisadçı
24 Noyabr 2025 15:56
Bu il istehlakçılara 301 min manatdan çox pul qaytarılıb
24 Noyabr 2025 12:42
TDT-yə üzv ölkələrlə ticarət dövriyyəmiz 6 milyard dollara yaxınlaşıb
24 Noyabr 2025 10:34
Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Kimlər və necə əldə edə bilərlər?
22 Noyabr 2025 10:06
Azərbaycan nefti ucuzlaşdı
21 Noyabr 2025 13:56
“Kənd yumurtası bazarda qiymətləri təyin etmir, daha baha satılır...”
21 Noyabr 2025 13:04


Bakı -°C

