Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılacaq.
Adalet.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Qüvvədə olan qanuna əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddəti ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədərdir.
Layihəyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bu müddət 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır) olacaq.
Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
25 Noyabr 2025 13:44
101 nəfər Azərbaycana readmissiya edilib
25 Noyabr 2025 12:23
Deputat: Zorakılıq məsələsi ilə bağlı maarifləndirmə işləri genişləndirilməlidir
25 Noyabr 2025 11:41
“Onu ilk dəfədir belə şux görürəm...” – Tanınmış jurnalistin atası da Zəngilana qayıtdı - FOTO
25 Noyabr 2025 11:03
Naxçıvan Perinatal Mərkəzin direktoru nöqsanlara görə işdən çıxarıldı
25 Noyabr 2025 10:27
Kəlbəcər Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq
24 Noyabr 2025 13:25
Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı maarifləndirilib
24 Noyabr 2025 12:15
Sədərəkdə 15 yaşlı qızı ərə vermək istədilər
24 Noyabr 2025 10:33


Bakı -°C

