“Din xadimlərinin də görüşünü təşkil etmək sülh prosesinə töhfə verə bilər...” - İlahiyyatçı
“Ermənistan - Azərbaycan arasındakı sülh prosesi davam edir. Hər iki tərəfdən prosesin sürətlənməsi üçün müvafiq addımların atıldığının şahidi oluruq. 21-22 noyabr 2025-ci il tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub, bir sıra görüşlər keçirilib. Qrupun üzvləri Bakını da gəziblər. Səfər zamanı “Sülh Körpüsü” Təşəbbüsü üzvləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüblər”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
Onun sözlərinə görə, dövlət rəhbərlərinin, Xarici İşlər nazirlərinin, Parlament spikerlərinin, digər rəsmilərin səmərəli və mütəmadi görüşləri ilə paralel vətəndaş cəmiyyəti üzvlərinin də bu kimi görüşləri təqdirəlayiqdir:
“Qarşıya çıxan zəruri məsələlər, həmçinin gələcək planlar haqda fikir mübadiləsinin aparılması, təmasların olması sülhün daha sağlam təməllər üzərində bərqərar olmasına xidmət edir. Düşünürəm ki, vətəndaş cəmiyyəti üzvlərinin bu qəbildən olan səfərləri, görüşləri daha da geniş və əhatəli tərkibdə davam etməlidir. Digər zümrələrdən ibarət qrupların da təmasları ümumi işin xeyrinə olardı. Alimlərin, şairlərin, yazıçıların, jurnalistlərin, mədəniyyət və incəsənət adamlarının, Ermənistanda Kilsə - hakimiyyət arasındakı münaqişə həll edilib münbit durum yaranandan sonra din xadimlərinin də görüşünü təşkil etmək sülh prosesinə töhfə verə bilər. Bütün maneələri aşaraq Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədə doğru sürətlə irəliləməsi, sülh prosesinin sağlam şəkildə, bütün ümidləri doğruldaraq inkişaf etməsi dövlət siyasətinin sabitqədəmliyini və müdrik liderin idarəçilik təcrübəsini göstərir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
09 Yanvar 2026 10:43
“Bu da əsasən gənclərdə din haqqında ya mənfi təsəvvür ya da...”
09 Yanvar 2026 10:16
Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi
09 Yanvar 2026 09:38
Əmək müqavilələrinin sayı açıqlandı
08 Yanvar 2026 19:09
Sahil Babayevə müavin TƏYİN OLUNDU - FOTO
08 Yanvar 2026 18:30
Sabah Ağdərənin dörd kəndinə ilk köç olacaq
08 Yanvar 2026 13:26
Məişət zorakılığından zərərçəkənlər mühafizə orderi üçün ərizəyə görə rüsum ödəməyəcək
08 Yanvar 2026 12:38
"Qardaşımın oğlu özünə toy da edə bilər, hətta Marsa da uça bilər" - Razi Nurullayev
08 Yanvar 2026 12:35


Bakı -°C

