adalet.az header logo
  • Bakı -°C
25 Noyabr 2025 12:56
55
ŞOU-BİZNES
A- A+

Samirə Əfəndi: "Erməniyə 12 xal verməyimə peşman deyiləm" - VİDEO

Müğənni Samirə Əfəndi "Silk Way Star" beynəlxalq musiqi layihəsində erməni iştirakçı Saro Gevorqyana 12 xal verməsinə görə tənqid edilməsindən danışıb. 

Adalet.az xəbər verir ki, "Tarixin bir günü" proqramına gələn sənətçi atdığı addıma görə peşman olmadığını deyib:

"Peşman olmadım etdiyimə görə. Onun haqqına dəfələrlə girmişdim. Finalda layiq olduğunu etdim. Musiqiçi kimi baxıram. Siyasətçi deyiləm ki, durub orada düşmənçilik edim. Ora düşmənçilik etməyə getməmişəm. Mən ölkəmi nüfuzdan salmamalıyam. 8 bal verəndə o, dedi ki, bilirəm niyə edirsiniz... Amma gələcək karyerama xələl yetirirsiniz. Bir qazi qızı, general nəvəsi və bu ölkənin vətəndaşı olduğum üçün düşünürəm ki, gələcək biz gənclərin əlindədir. Amma istəyirəm gələcək nəslimiz merhibançılıq, sülh içində yaşasınlar. İstəmirəm gənclər əlində silahla cəbhəyə getsin. Xalı bilərəkdən vermişəm. Finala qalan iştirakçılar buna layiq idi".