Cibgirlər azalıb...
Düniyanın hər yerində oğuru,quldur, cibgir adamlar var . Aydındır ki, belə kriminal elementlər də özlərəinə həmişə münasib yer axtarırlar. Yəni onlar inasanların sıx olduğu avtobuslarda , metro stansiyalarındakı qatarlarda özləri üçün əlverişli yer axtarıb tapırlar!
Əlbəttə, belə yerlərdə " işləmək" onlar üçün daha rahat və daha yaxşıdır.Uzun müddət ölkəmizdə bu cür kriminal elementlər müxtəlif insanların ciblərini soyublar. Amma artıq müddətdir ki, avtobuslarda, metro stansiyalarındakı qatarlarda kameralar quraşdırılandan sonra belə oğurluqla məşğul olanların kürkünə birə düşüb. Belə ki, o oğurular kamera vasitəsilə çox asanlıqla axtarılıb, tapılır.
Ancaq buna baxmayaraq, yenə cibgirliklə məşğul olan adamlar var. Təbii ki, dediyimiz kimi onlar da polis tərəfindən tezliklə axtarılib tapılır və saxlanılırlar. Və bir də tez- tez polis avtobus və metroda bu növ cinayətlə bağlı profilaktik axtarış tədbirləri həyata keçirir və bu əməliyyatlar zamanı da cıbgirlər saxlanılır.
Ona görə də, son illər ölkəmizdə əvvəlki vaxtlarla müqayisədə bu qəbil cinayətlər azalıb!
Emil Faiqoğlu
Digər Xəbərlər
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50
Bu ölkədə kişi qıtlığına belə çarə tapdılar - "Saatlıq ər" xidməti
12 Dekabr 2025 14:35
Tuvalılar – türkün qədim şamanları (II yazı)
11 Dekabr 2025 09:10


Bakı -°C

