Kirayə mənzil verənlərdən vergi tutulması ilə bağlı rəsmi açıqlama
Azərbaycanda mənzillərin kirayəyə verilməsi vergiyə cəlb edilən əməliyyat olsa da, bu sahədə qeyri-rəsmi əməliyyatlar mövcuddur.
Adalet.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, prosesin rəsmiləşməsi məqsədilə inzibatçılığın sadələşdirilməsi və kirayə gəlirləri üzrə vergi yükünün azaldılması nəzərdə tutulur.
Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən etibarən kirayə gəliri əldə edən vətəndaşlara özləri vergi orqanında uçota durmadan agent (hüquqi və ya fiziki şəxs) müəyyən etmək və vergi öhdəliklərini yerinə yetirmək vəzifəsini həmin şəxsə həvalə etmək hüququ verilib.
Kirayə bazarı üzrə "ağarmaya" və könüllü əməletməyə nail olmaq məqsədilə fiziki şəxslərə məxsus olan yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsinin optimallaşdırılaraq 14 %-dən 10 %-ə endirilməsi nəzərdə tutulur. Bu, vergi yükünün təxminən 30 % azalması deməkdir.
Sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayəyə verilən əmlaklar üçün isə 14 %-lik vergi dərəcəsi dəyişməz qalır.
Dəyişikliyin məqsədi vergidən yayınma hallarının qarşısını almaq, fiziki şəxslərə məxsus yaşayış sahələri üzrə kirayə müqavilələrinin və bu müqavilələr üzrə əməliyyatların rəsmiləşdirilməsini təşviq etməkdir.
Digər Xəbərlər
25 Noyabr 2025 16:18
Ələt azad iqtisadi zonası üçün torpaq sahəsi alınacaq
25 Noyabr 2025 16:03
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişdi
25 Noyabr 2025 15:40
SOCAR bütün yataqları rəqəmsal idarəetmə modelinə keçirir
25 Noyabr 2025 12:38
Azərbaycanda dövlət qulluqçuları 2 min manatadək orta aylıq əməkhaqqı alır
25 Noyabr 2025 12:30
"Qanunsuz olaraq malın, maşının saxlanılmasından uzaq durmalıdırlar" - Deputat
25 Noyabr 2025 11:30
“Trampın tarif siyasəti uğursuzluğa düçar olacaq” - İqtisadçı
24 Noyabr 2025 15:56
Bu il istehlakçılara 301 min manatdan çox pul qaytarılıb
24 Noyabr 2025 12:42


Bakı -°C

